A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
aztu

Almaniyalı alimlər AzTU-da

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. Azərbaycanda son illər həyata keçirilən tədbirlərə, elmin, mədəniyyətin və bununla paralel olaraq sənayenin, iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlara diqqət çəkən Xalıq Yahudov bildirib ki, ölkəmiz müasir inkişaf yolunu seçib. O, regionda sülhün və tolerantlığın qarantı missiyasını yerinə yetirən Azərbaycana qarşı Ermənistanın apardığı işğalçılıq siyasətinin bu missiyaya, dünyada humanizmin bərqərar edilməsinə mane olduğunu vurğulayıb.Bütün bunları əsas göstərən rektor əvəzi almaniyalı qonaqlardan xahiş edib ki, öz ölkələrində Azərbaycanın realıqlarını, Ermənistanın işğal siyasətinin bu regionda elmin, təhsilin, sənayenin və iqtisadiyyatın, eləcə də mədəniyyətin inkişafına əngəl yaratdığını dilə gətirsinlər, bunla bağlı həmvətənlilərini məlumatlandırsınlar. Görüş zamanı qonaqlar ölkəmizlə bağlı təəssüratlarını bölüşüblar. ERASMUS+ layihəsinin BTU üzrə rəhbəri, professor Silvo Simon AzTU-dan olan dostları sayəsində Azərbaycanla bağlı geniş təəssürata malik olduğunu qeyd edib. Silvo Simon bildirib ki, BTU AzTU ilə əməkdaşlıqdan məmnundur və bu səfər çərçivəsində əlaqələrin yeni perspektivləri müzakirə olunacaq. Daha sonra qonaqlar AzTU-nun “Nəqliyyat” və “Maşınqayırma” fakültələrinin tələbələrindən ibarət komandanın “Ecoshell Marafon” beynəlxalq yarışmasında təmsil olunmasını təklif ediblər. Bildirilib ki, bununla bağlı BTU azərbaycanlı tərəfdaşlarına hər cür dəstək göstərməyə hazırdır. Qeyd edək ki, “Ecoshell Marafon” beynəlxalq yarışması tələbələrin özləri tərəfindən hazırlanan avtomobillərin yarışmasıdır. Burada tələbələrin texniki-praktik biliklərə yiyələnməsi ilə yanaşı, həm də, innovativ texnologiyanın formalaşdırılması üçün əlverişli mühit yaradılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>