A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
azi

ADNSU-da növbəti “Açıq mikrofon” təşkil olunub

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor, professor Mustafa Babanlı əvvəlcə qış imtahan sessiyasının nəticələri barədə tələbələrə məlumat verib. Universitetdə son vaxtlar həyata keçirilən islahatlardan danışan rektor Mustafa Babanlı tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin əsas prioritet istiqamət olduğunu vurğulayıb.

Dərslərin daha yaxşı təşkil olunması üçün universitetə kənardan yerli və əcnəbi professorların dəvət olunduğunu bildirən rektor M.Babanlı bu işin mütəmadi olaraq davam edəcəyini qeyd edib.

Rektor, professor Mustafa Babanlı həmçinin, elmi işlərdə qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici universitetlərlə mübadilə proqramları, istehsal müəssisələri ilə əlaqələr, Əsaslı kitabxananın müasirləşdirilməsi, ilboyu təcrübə proqramı, təlim-tərbiyə, təsərrüfat işləri və başqa məsələlərdən danışıb.

Daha sonra 2017/2018-ci il qış imtahan sessiyasında kurslar üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>