A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
m'kt'b

Sumqayıt, Gəncə və Abşeronda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb

Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb.

“Report”un məlumatına görə, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir.

Xatırladaq ki, Bakı şəhərində I sinfə şagird qəbuluna bu il fevralın 22-də start verilib.

Valideynlər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sənəd qəbulu ödənişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>