A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
DSC_3793

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

 

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. Sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edib.

Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim ediblər.
Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımdan əhəmiyyətli olub. Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət edilib.

Tədbir çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib.

Qeyd edək ki, məzunlarının məşğulluq məsələsinə daim diqqətlə yanaşan və bu baxımdan olduqca yüksək nəticələrə sahib olan Qərbi Kaspi Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin olunması istiqamətində daha bir addım atmış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>