A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
61

Tələbələr arasında “61!” oyunu üzrə çempionat başlayır

AzTV telekanalında tələbər arasında “61!” oyunu üzrə 2018-ci il çempionatı keçirilir.

Qələbə uğrunda Azərbaycanın 19 ali təhsil müəssisəsindən 27 tələbə mübarizə aparır.

Veriliş Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həftənin çərşənbə günləri, saat 21:30-da efirə çıxır.

Veriliş Amerikanın populyar “Jeopardy!” televiziya oyununun lisenziyalı versiyasıdır. 61 sualdan ibarət olan oyun “61!” adlanır, – iki raundun hər birində 30 sual səslənir, oyunun sonunda isə iştirakçılara final sualı verilir.

Tələbə çempionatı olimpiya sistemi üzrə keçirilir və 13 verilişdən 1/9 finalda 9 oyundan, üç 1/3 finaldan və böyük finaldan ibarətdir.

Çempionatın qalibi 5000 AZN məbləğində pul mükafatı qazanacaq.

İlk oyunda Bakı Mühəndislik Universitetinin tələbəsi Namiq Quluzadə, Milli Aviasiya Akademiyasının tələbəsi Fazil Babayev və Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Fərid Məmmədov qarşılaşırlar.

Bu oyun çərşənbə günü, martın 7-də, saat 21:30-da AzTV telekanalında yayımlanacaq.

Maraqlı yenilikləri diqqətdən qaçırmamaq üçün verilişin rəsmi səhifəsinə abunə olun: www.facebook.com/altmishbir/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>