A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
000111

UTECA-nın daha iki tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Polşanın Silesiya Texnologiya Universiteti arasında imzalanmış Erasmus+ sazişinə əsasən 2017/2018-ci tədris ilinin ikinci semestrində UTECA-nın 2 tələbəsi təhsilini bu ali təhsil ocağında davam etdirəcək. Bunlar Avtomatika, telekommunikasiya və informatika fakültəsinin kompyuter mühəndisliyi ixtisası üzrə bakalavriat II kurs tələbəsi Əli  Verdiyev, rabitə qovşaqları və kommutasiya ixtisası üzrə magistratura I kurs tələbəsi  Vüsal Abdullayevdir. Silesiya Texnologiya Universitetində bir semestrlik təhsili başa vurduqdan sonra tələbələr növbəti tədris ilinin I semetrində təhsillərini doğma universitetlərində davam etdirəcəklər.

Həmçinin UTECA ilə Türkiyənin Ondokuz Mayıs  Universiteti arasında imzalanmış sazişə əsasən bir tələbə Mevlana mübadilə proqramı çərçivəsində təhsilini bu ölkədə davam etdirəcək. UTECA-nın İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Azər Məmmədli artıq bir semestrlik Türkiyənin Ondokuz Mayıs Universitetində yola salınıb.

Polşaya yola düşəcək tələbələrlə görüşən UTECA-nın rektoru, professor Akif Süleymanov onlara təhsillərində uğurlar arzulayıb, həm universitetlərini, həm də ölkəmizi və xalqımızı layiqli təmsil etməyi tövsiyə edib.

Qeyd edək ki, mübadilə proqramları çərçivəsində xaricə göndəriləcək tələbələrin seçimi onların akademik göstəriciləri, ingilis dili bilik səviyyəsi və fərdi müsahibənin nəticələrinə əsasən aparılır.

Ümumilikdə indiyədək UTECA-nın 15 tələbə və 6 müəllimi Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə, 4 tələbə və 1 müəllimi isə Erasmus+ mübadilə proqramı çərçivəsində Avropa universitetlərində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>