A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
adnsu1

ADNSU ilə Türkiyənin Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Ardahan Universitetinin rektoru, prof. Dr. Mehmet Biber ilə görüş keçirib.

Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elm və texnika üzrə (elmi işlər üzrə) prorektor, dosent Rauf Əliyarov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və Ardahan Universitetinin nümayəndə heyəti iştirak edib.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı universitetin tarixi, tədris prosesi, fakültələr, statistik göstəricilər, beynəlxalq əlaqələr, ikinci ali təhsil, startap layihələri, əcnəbi tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı  məlumat verib.

Ardahan universitetinin rektoru, prof. Dr. M.Biber rəhbərlik etdiyi universitet haqqında məlumat verib və ADNSU ilə əməkdaşlığa yüksək önəm verdiyini diqqətə çatdırıb. ADNSU-nun professorlarının və ixtisaslı müəllim heyətinin Ardahan Universitetinə cəlb olunması, eləcə də tələbə və müəllimlərin mübadiləsini təmin etmək üçün nəzərdə tutulan layihələrdən danışan rektor M.Biber bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Ardahan Universitetində rus dilli ixtisaslara xüsusi yer ayırıldığını deyən rektor M.Biber bu istiqamətdə ADNSU ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Daha sonra görüşdə tələbə və müəllim heyəti ilə birgə iş imkanları nəzərdən keçirilib, əməkdaşlıq oluna biləcək istiqamətlər və perspektivlər müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında Mevlana Mübadilə Proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>