A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
newwwwww

AzMİU Türkiyənin Orta Doğu Texnik Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi altında universitetin əməkdaşlarından ibarət heyət fevralın 7-dən 10-na kimi Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində ezamiyyətdə olublar. Rektorun rəhbərliyi altında ezamiyyətdə olan nümayəndə heyətində AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Magistatura şöbəsinin müdiri Rövşən Səmədov, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, Memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının dosenti Nərmin Yusifova, rektorun köməkçisi Orxan Naqdiyev iştirak edib. Türkiyənin ən böyük universitetlərindən olan Orta Doğu Texnik Universitetində keçirilən görüşdə AzMİU-nun rektoru, professor G. Məmmədova Orta Doğu Texnik Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. AzMİU-nun rektoru həmçinin Türkiyənin Azərbaycandakı səfirliyində və Yüksek Öğretim Kurulunda (YÖK) görüşlərdə iştirak edib, universitetlə bağlı müzakirələr aparıb. Bundan əlavə, rektorun rəhbərliyi ilə universitet əməkdaşları Türkiyyənin ən böyük universiteti olan Bilkənd Universitetinin rektoru və Memarlıq fakültəsinin dekanı ilə görüşüb, universitetlə yaxından tanış olublar. Görüşdə AzMİU və Bilkənd Universiteti arasında gələcəkdə imzalanması nəzərdə tutulan əməkdaşlıq müqaviləsinin detalları ətraflı müzakirə olunub. Nümayəndə heyətində yer alan Memarlıq fakültəsinin əməkdaşları Orta Doğu Texnik Universitetində olduqları müddətdə universitetin ən qocaman Memarlıq fakültəsində olub, fakültənin dekanı, kafedra müdirləri ilə silsilə görüşlər keçiriblər. AzMİU-nun Magistatura şöbəsinin müdiri R.Səmmədov da universitetdə olduqları müddətdə Orta Doğu Texnik Universitetinin mühəndis fakültəsinin dekanı, inşaat ixtisasının kafedra müdiri ilə görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>