A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
misir_sefiriliyi_sayt_04

Misirin Azərbaycandakı səfirliyinin nümayəndəsi AU-da

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Universiteti ilə mərkəz, eləcə də Misir universitetləri arasında mümkün əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.

Rektor Səadət Əliyeva qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi çoxşaxəli beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə əhəmiyyət verir və daim diqqət mərkəzində saxlayır. Tələbələri üçün xarici tərəfdaş universitetlərdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradan Azərbaycan Universiteti ikili diplom proqramlarının həyata keçirilməsini strateji  hədəf kimi müəyyənləşdirib.

Mərkəzin müdiri Əhməd Sami Elaydi iki ölkə arasında dost münasibətlərin inkişafından və ikitərəfli təhsil əlaqələrin inkişafına töhfə verməkdən böyük məmnunluq duyacaqlarını bildirib.

Görüşdə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>