A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
konulluluk ugur formulu

“Könüllülük uğur formulu” kitabının imza günü keçiriləcək

17 fevral 2018-ci il tarixində saat 16:00-dan 19:00 dək “CAVAN” Gənclər Hərəkatı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bir Könüllü Tələbə-Könüllü Proqramı və ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatının təşkilatçılığı ilə tələbə-könüllülər üçün LIBRAFF kitab mağazasında (Ünvan:İstiqlaliyyət 71) “Könüllülük uğur formulu” kitabının imza günü keçiriləcək.

İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayev tərəfindən imzalanmış kitablar könüllülük hərəkatında məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.

“Könüllülük uğur formulu” gənclərin şəxsi inkişaf kitabı Azerbaycan Turizm ve Menecment Universitetinin Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Kitab gənclərin və tələbələrin şəxsi inkişafında könüllülük fəaliyyətinin rolundan bəhs edir. 3000 tirajla nəşr edilən bu kitabın imza günlərində də tələbə və könüllülərə hədiyyə edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>