A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
respublika fənn olimpiadası

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 5751 nəfərə yaxın şagird iştirak edəcək. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək.

Olimpiadanın növbəti mərhələsinin  aprel ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 

Respublika Fənn Olimpiadaları Rayon (şəhər) mərhələsinin nəticələri

Növbəti mərhələdə iştirak edəcək şagirdlərin adları xüsusi rənglə işarələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>