A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
qerb uni kaspi

Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da

Fevralın 23-24-ü tarixlərində Qərbi Kaspi Universitetində (Western Caspian University) Startap Günləri təşkil olunacaq.

Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günləri Qərbi Kaspi Universiteti ilə tərəfdaşlıq çərçivəsində keçirilir.

NRYT Nazirliyinin dəstəyi və Startap Azərbaycan, YTP və İT-nin İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə baş tutan Startap Günləri layihəsinin Bakı şəhərində, Naxçıvanda və regionlarda fəaliyyət göstərən digər Universitetlərdə də keçirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>