A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1

Tanınmış tərcüməçinin dərs vəsaiti çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri” dərs vəsaiti nəşr olunub.

AZƏRTAC xəbər verir ki, dərs vəsaitində iki ayrı-ayrı üslub və dəstxətə malik olan şairin əsərlərindən İ.Quliyevin etdiyi tərcümələr toplanıb. XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını təmsil edir. Tanınmış tərcüməçinin farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn və qafiyə sistemini deyil, həm də ruhunu saxlaya bilib. Dərs vəsaitini fars dilindən tərcümə sahəsində uğurlu bir addım hesab etmək olar.

Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>