A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
adu

ADU ilə Kiyev Milli Linqvistik Universiteti arasında müqavilə imzalanıb

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən ADU yanvarın 30-da Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə də “Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” müqavilə imzalayıb. İki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlığı, qabaqcıl təcrübənin tədris prosesində tətbiqini, akademik, elmi və mədəni əlaqələrin qurulmasını nəzərdə tutan bu müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vasko imzalayıblar. Sənəddə hər iki universitetin elmi potensialının inkişaf etdirilməsi, universitetlər arasında tələbə və müəllim, tədris və elmi-metodiki ədəbiyyatın mübadiləsi, müştərək elmi tədqiqatların aparılması, birgə elmi nəşrlərin hazırlanması, professor-müəllim heyətinin ixtisasartırması istiqamətində konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur. İmzalanma mərasimində Kiyev Milli Linqvistik Universitetinin rektoru 2018-ci ilin aprel-may aylarında ADU-nun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyası ilə birgə keçirməyi planlaşdırdığı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransda iştirak məsələsi haqqında da danışıb. Professor R.Vasko bildirib ki, rəhbərlik etdiyi universitet də həmin tədbirdə məmnuniyyətlə iştirak edəcək. Konfransın 10-a qədər ölkədə keçiriləcək bölmə iclaslarından biri də Kiyev Milli Linqvistik Universitetində təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>