A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
tibb

Tədris Cərrahiyyə Klinikasında cinsi inkişafdan geri qalan 18 yaşlı qızın müalicəsi müsbət nəticə verib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında cinsi inkişafdan geri qalan gənc qız üzərində həyata keçirilən müalicə müsbət nəticə verib. Klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, t.e.n. Natəvan Axundovanın sözlərinə görə, 18 yaşı olmasına baxmayaraq, qızda hələ menstruasiya başlamayıb. Boyu Boy 1,58 m, çəki 40 kq olan xəstə üzərində laborator, instrumental müayinələr aparılıb: “Qızın qoltuqaltı və qasıq nahiyələrində tüklənmə yox imiş, süd vəziləri də inkişaf etməyib. İlk müraciətdə uşaqlığın və yumurtalıqların ölçüləri kiçik idi. Müayinələr zamanı xəstədə qonadotrop hormonların, estradiolun, D vitamininin çatışmazlığı, nəzərə çarpan dəmir defisitli anemiya aşkar edilib”. N. Axundovanın sözlərinə görə, müvafiq müalicədən sonra qızda ikincili cinsi əlamətlər inkişaf edib, bir neçə ay sonra menstruasiya başlayıb, uşaqlıq və yumurtalıqların ölçülərində nəzərəçarpacaq qədər böyümə müşahidə edilib: “Belə qızların müalicəsinin vaxtında başlanılması onların reproduktiv (nəsiltörətmə) fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, həm də bu qızları estrogen çatışmazlığının yarada biləcəyi fəsadlardan qoruyur”. Qeyd edək ki, Natəvan Axundova endokrinoloji ginekologiyada uğur qazanmış mütəxəssisdir. Onun tibb elmləri namizədi, həm də tibb elmləri doktoru elmi dərəcələri almaq üçün təqdim etdiyi dissertasiya işlərinin mövzuları endokrinoloji ginekologiyaya həsr edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>