A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
azmiu

AzMİU İngiltərənin tanınmış şirkəti ilə əməkdaşlıq edir

Bu gün AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İngiltərənin “PD&MS Group” şirkətinin Azərbaycan üzrə meneceri Kevin Peake və şirkət nümayəndələrini qəbul edib. Görüşdə universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova da iştirak edib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. “Neft və qaz qurğularının mühəndisliyi” ixtisası üzrə universitetlə şirkət arasında əməkdaşlığın formaları, tədris planı üzərində birgə dəyişikliklərin aparılması, müəllim və tələbələrin şirkətdə staj keçmələri məsələləri müzakirə olunub. Eyni zamanda universitet tələbələrinin yayda şirkətdə təcrübə keçmələri də razılaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>