A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
27591335_1794208557290525_445652652_n

UNEC-də doktorantura təhsilində elmi rəhbərlik: mövcud vəziyyət və təkmilləşdirilməsi yolları

Fransanın Montpellier Universitetinin nümayəndələri Avropa Birliyinin “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” layihəsi çərçivəsində UNEC-də olublar. Səfər çərçivəsində Montpellier Universitetinin prorektoru, professor Francois Henn UNEC-in professor-müəllim heyəti ilə görüşüb. UNEC-də olmaqdan məmnunluğunu ifadə edən qonaq bu universitetlə əməkdaşlığı yüksək qiymətləndirib. UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşmasının əhəmiyyətindən danışan F.Henn proqramın uğurla davam etdiyini bildirib. Qeyd edib ki, hazırda ikili diplom proqramında UNEC-in 17 tələbəsi iştirak edir. Fransalı qonaq Avropada doktorantura təhsilinin yaradılması və təşkili qaydalarından danışıb, maliyyə mənbələrini açıqlayıb. Elmi rəhbərin müəyyən edilməsindən bəhs edən professor seçim zamanı önəm verilməsi vacib olan şərtləri qeyd edib. Doktorant ilə rəhbər arasında müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb. Doktorantların elmi fəaliyyətinin ölkənin inkişafına yönəlməli olduğuna diqqət çəkən F.Henn onların apardıqları elmi tədqiqatların keyfiyyətinin təmsil etdikləri ali təhsil müəssisəsinin reytinqində mühüm rol oynadığını bildirib. Azərbaycan və Avropanın doktorantura təhsili ilə bağlı müqayisəli təhlillər aparılan görüşdə mövcud vəziyyət müzakirə olunaraq, bu sahənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>