A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
27497660_1793187024059345_563002930_n

BSU rektoru hər iki korpusda tələbələrlə görüşdü

BSU rektoru hər iki korpusda tələbələrlə görüşdü Bakı Slavyan Universitetində artıq imtahan sessiyası başa çatmaqdadır. Tələbələri həyəcanlı günləri, yuxusuz gecələri sona yetməkdədir. İmtahanların şəffaflığının, qiymətləndirilmənin obyektivliyinin təmin edilməsi məqsədi ilə universitetdə yaradılmış Operativ qərargah artıq işini yekunlaşdırmaq üzrədir. Tələbələrin böyük əksəriyyəti sessiya boyunca qiymətləndirmədə biliyin yeganə meyar olduğunu, imtahanların ədalətlə keçirildiyini, şikayətlərə vaxtında və obyektiv baxıldığını etiraf edirlər. Dünən BSU-nun rektoru, professor Nurlana Əliyeva bir daha universitetin hər iki korpusunda olmuş, birbaşa imtahanların gedişini izləmişdir. N.Əliyeva daha sonra tələbələrlə görüşlər keçirmiş, onların arzu və təkliflərini dinləmişdir. Görüş zamanı rektor tələbələrin bütün suallarını cavablandırmış, şikayətləri isə onların özlərinin iştirakı ilə araşdırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>