A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
27400057_1792230647488316_673916878_n

UTECA-nın “Barama” mərkəzində baş ofislə virtual dialoq qurulub

Azərbaycan Texnologiya Universitetində (UTECA) ölkənin aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və sahibkarlıq mərkəzi ilə virtual dialoq təşkil olunub. Əvvəlcə UTECA-nın Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin dirketoru Fədai Əfəndiyev görüşün təşkilinin məqsədi haqda danışıb. Sonra mərkəzin layihə koordinatorları Fidan Tofidi və İradə Məmmədova tələbələrə müzakirə mövzusu barədə məlumat veriblər.

Tədbirdə “Barama”nın UTECA-da fəaliyyət göstərən Gəncə regional ofisinə müraciətlər, yeni  ideya təklifləri və startapların hazırlanması vəziyyəti, bu prosesə baş ofisin verə biləcəyi dəstək müzakirə olunub. Fidan Tofidi bildirib ki, gənclər “Barama”nın UTECA-dakı regional ofisinə istənilən yeni ideya ilə müracitə etməklə onun startapa çevrilməsində yaradılan imkanlardan, şirkətlərlə qurulmuş əlaqələrdən yararlana bilər. Bu onlara ideyalarını tezliklə startap səviyyəsindən şirkət səviyyəsinə keçirmək və gəlir əldə etmək fürsəti təqdim edir.

Dialoqda iştirak edən tələbələr koordinatorlara müxtəlif suallarla müraciət edərək onları maraqlandıran məqamlara aydınlıq gətiriblər.

Sonda UTECA-nın Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin dirketoru Fədai Əfəndiyev Gəncə regional ofisində bu çərçivədə təşkil olunan təlim və seminarlardan, mütəxəssislərlə təşkil olunan görüşlərdən danışıb, gəncləri bu tədbirlərdə iştirak etməklə öz ideyalarını təkmilləşdirməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>