A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
26940571_1778162918895089_1107789281_n

Azərbaycan Universiteti bütün universitetlərin tələbələri üçün müsabiqə elan edir

“Sağlam bir dünya üçün yaşıl enerji”mövzusunda Azərbaycan Universiteti tərəfindən elan olunan “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinə müraciətlər 1 fevral 2018-ci il tarixdə başa çatır. Müsabiqənin ikinci mərhələsi 16 fevral günü start götürəcək.

  • Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.)
  • Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər)
  • Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər)
  • Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, eko turizm, ekologiya və inkişaf)
  • Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr

istiqamətlərində keçirilən müsabiqədə Azərbaycanda fəaliyyət göstrərən bütün ali təhsil müəssisələrinin tələbə, magistrant, doktorant və dissertantları iştirak edə bilər.

İkinci mərhələyə keçən iştirakçılar  20 dəqiqə ərzində elmi işlərini komissiya qarşısında  təqdim etməlidirlər. Daxil olan işlər komissiya tərəfindən işin aktuallığı və yeniliyi; tədqiqata yanaşmanın orijinallığı; aparılan tədqiqatın dərinliyi və innovativliyi; alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması; görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti; təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi kimi kriretiyalara əsasən qiymətləndiriləcəkdir. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq, yekun seçim qərarı 15 mart 2018-ci il tarixində elan olunacaqdır. Qaliblərin təltif olunması mərasimi də həmin gün Azərbaycan Universitetində keçiriləcəkdir.

Qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək, qalib işlərin elmi rəhbərləri və məsləhətçiləri də təltif ediləcəklər.

  • I yer – 1 nəfər – 800 manat
  • II Yer – 1 nəfər – 600 manat
  • III Yer – 1 nəfər – 400 manat

Qalib gələn işlər məqalə formasında AAK-ın siyahısına daxil olan “İpək Yolu” elmi jurnalında çap ediləcəkdir.

Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.

Müsabiqə tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması və formalaşmasına, onların yaradıcılıq qabiliyyətinin aşkarlanması və stimullaşdırılmasına xidmət edir.

Daha ətraflı məlumat üçün müsabiqənin linki aşağıdadır:
http://au.edu.az/yasilenerji

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>