A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
26940767_1778158218895559_983625699_n

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsi Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olaraq, özünün “Azərbaycanın gənc veb proqramçıları”  adlı  layihəsinin icrasını uğurla başa çatdırıb.

BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycanın gənc veb proqramçıları”  layihəsinin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində biliyini artırmaq, veb proqramlaşdırma sahəsinə olan maraqlarını  gücləndirmək, həmçinin İKT-nin müasir dövrümüzdəki geniş imkanlarını gənclərə çatdırmaq olub. Eyni zamanda, milli internet səhifələrinin sayını artırmaq, gənclərin HTML, CSS və Javas Proqramlaşdırma dilləri üzrə bilik və bacarıqlarını genişləndirmək layihənin əsas vəzifələri kimi göstərilib.

Bir ay ərzində reallaşan layihə zamanı beş təlim-seminar sessiyası keçirilib. Təlimin iştirakçıları İnformasiya Texnologiyaları sahəsində təhsil alan və veb proqramlaşdırmaya marağı olan ali məktəb tələbələrindən ibarət olub. Təlimin sonunda iştirakçılar arasında yarışma keçirilib, ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Bakı Ali Neft Məktəbindən Fərid Həmidov, həmçinin iştirakçı qismində çıxış edən digər universitetlərdən Vəfa Əliyeva və Cavanşir Hüseynli yarışmanın qalibi seçiliblər.

Qeyd edək ki, Gənclər Fondunun sonuncu qrant müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən yeddi və BANM Tələbə Gənclər Təşkilatının (TGT) tərəfdaşlığı ilə irəli sürülən üç layihə müsabiqədə “fiziki şəxslərin layihələri” kateqoriyası üzrə qalib olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>