A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
26803567_1774576152587099_18317724_n

Azərbaycan Universitetinin Erasmus tələbəsi Zərnurə Hacıyeva: “Almaniyada oxumaq möhtəşəm bir təcrübədir”

Azərbaycan Universitetinin Erasmus tələbəsi Zərnurə Hacıyeva: “Almaniyada oxumaq möhtəşəm bir təcrübədir” Azərbaycan Universitetinin Biznesin idarə edilməsi (Menecment, MBA) ixtisası üzrə magistratura II kurs tələbəsi Zərnurə Hacıyeva 2017/2018-ci tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində oxuyub. Eyni zamanda Beynəlxalq Dil Mərkəzində təcrübə keçən Zərnurə Hacıyevanın proqram haqqında təəssüratlarını təqdim edirik. “İştirak etdiyim mübadilə proqramı təhsil və Beynəlxalq Dil Mərkəzində 5 aylıq təcrübədən ibarətdir. Burada olmaq həm akademik, həm sosial aktivlik, həm də fərdi inkişaf baxımından mənim üçün olduqca faydalı oldu. Almaniyada təhsil almaq və xarici ölkə təcrübəsini mənimsəmək mənim 3 illik arzum idi. Azərbaycan Universitetinin saytında proqram ilə bağlı elanı görən kimi müraciət etmək qərarına gəldim və daxili seçmələrdən dərhal sonra sənədlərim tərəfdaş universitetə göndərildi. Nəticələrin bildirilməsi iki ay çəkdi və seçilən üç tələbə arasında mən də var idim. Bu, mənim üçün gözlənilməz nəticə idi, çox həyəcanlanmışdım. Çünki məni nələrin gözlədiyini və təcrübəçi kimi nə iş görəcəyimi bilmirdim. Almanlar haqqındakı stereotiplərdən biri soyuqqanlı olmalarıdır. Ancaq orada bu təsəvvürün reallıqdan çox uzaq olduğunu gördüm, çünki ətrafdakı hər kəs bizə kömək etməyə çalışırdı. Tələbə şəhərciyinin yerləşdiyi Remagen o qədər də böyük olmayan, çox sakit və rahat şəhərdir. Tarixi mərkəz də olan bu şəhərdə İkinci Dünya Müharibəsinin dağıdıcı izləri hələ də qalır. Bununla yanaşı, bu kiçik kənd tipli yerdə təhsil almaq mənə yerli cəmiyyətə yaxın olmaq, Alman cəmiyyəti və onların yaşayış tərzi ilə daha yaxından tanış olmaq şansı verdi. Bundan əlavə, biznes və marketinqlə bağlı xaricdən dəvət edilmiş mühazirəçilər tərəfindən keçilən dərslər ixtisasımla bağlı zəruri bilikləri əldə etməyimə, alman dili və işgüzar ingilis dili kimi digər dərslər isə dil biliklərimi gücləndirməyimə kömək etdi. Şəhərcikdə dərsdənkənar vaxtların faydalı keçirilməsi məqsədilə tələbələrə geniş imkanlar yaradılıb. Həftəsonu seminarları, laboratoriya dərsləri, müasir texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalar, tələbələrin aktivliyinə şərait yaradan müxtəlif sosial tədbirlər və fəaliyyətlər buna misal ola bilər. Koblenz, Bonn və Köln kimi böyük şəhərlərə yaxınlıq və ödənişsiz səyahət Almaniyanı görmək və daha yaxından tədqiq etmək imkanı verir. Səyahətə gəlincə, deyərdim ki, xaricdə olmağın üstünlüklərindən biri də bölgədə gəzə bilməkdir. Ötən 3 ay ərzində imkanlarım daxilində Belçika, Fransa, Hollandiya və ən sevdiyim ölkə olan İsveçrə kimi qonşu ölkələrdə olmaq imkanı əldə etdim. Almaniyada olmaq, Koblenz Universitetində oxumaq mənim üçün möhtəşəm bir təcrübə idi. Azərbaycan Universitetinin hər bir tələbəsinin bu təcrübəni yaşamaq imkanı var. Bu təcrübəni yaşadığım üçün, mənə proqrama qoşulmaq imkanı yaratdığı üçün doğma universitetimə təşəkkür edirəm”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>