A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
226207c0fffb4d4bef5f0e3c75355838

Nadir Adilovdan gənclərə 100 yeni məsləhət

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru, “Gəncsən? başla!” kitabının müəllifi Nadir Adilov sosial şəbəkədə olduqca maraqlı, nəsihətamiz bir yazı paylaşıb. Ənənəsinə sadiq qalan N.Adilov bu dəfə gənclərə 100 məsləhət verib.

Musavat.com da vaxtaşırı maraqlı insanların maraqlı yazılarını, qeydlərini tirajlamaq ənənəsinə sadiq olaraq Nadir Adilovun bu yazısını   oxucularına təqdim edir.

N.Adilovun yazısı aşağıdakı kimidir:

“Standart təbriklərdən qaçan Gənclər üçün.

Bayramınız mübarək və sizlərə, 2018-ci il üçün 100 məsləhətimi təqdim edirəm:

1.Ölkə başçısı cənab Prezident İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban Əliyevanın bütün təşəbbüs və çağırışlarını dəstəkləyin. Onların həyata keçirdiyi siyasətin yanında olun.

2.Gündəlik, həftəlik aylıq və illik planalarınızı tərtib edin. Planlarınızda mütləq səyahət də olsun.

3.Müəllimlərinizə hörmətlə yanaşın. Keçmiş müəllimlərinizi ziyarət edin.

4.Valideynlərinizə vaxt ayırın. Ən az sizin qədər onların da buna ehtiyacı var.

5.Özünüzü yetişdirməyə çalışın. Hər gün yeni bir şey öyrənin.

6.Yalan danışmayın, dürüst olun. Unutmayın, düz xətt bütün əyri xəttləri kəsir.

7.Bağışlamağı bacarın.

8.Üzr istəməyi bacarın.

9.Karyerist olmaq yox, bilik toplamağa çalışın. O biliklər sizə qazanc gətirəcək.

10.Təcrübənizi bölüşməkdən çəkinməyin.

11.Sosial şəbəkələrdən şəxsi inkişafınız üçün istifadə edin.

12.Hər həftə bir kitab oxuyun. Məhəmməd Əsəd bəyin bütün kitablarını oxuyun.

13.Könüllü olun, xeyirxahlıq etməyə tələsin. Bir gün mütləq qarşınıza çıxacaq.

14.Yapon dilini öyrənin, Yaponiyada təhsil alın.

15.Çin dilini öyrənin, Çində təhsil alın

16.Cənubi Koreya dilini öyrənin və orda təhsil alın.

17.Rus dilini öyrənin.

18.İngilis dilini öyrənin.

19.Etiraf etməkdən çəkinməyin. Bu, sizin böyüklüyünüzdür.

20.Sizə yaxşılıq etmiş insanaların yaxşılığını unutmayın, nankorluq etməyin.

21.Etdiyiniz yaxşılığı da başa vurmayın.

22.Utanmayın, fiziki işlərdə işləyin, publik məkanalarda, sizi tanıyanlarla üz-üzə gələcəyinizi düşünsəniz də, zəhmətə qatlaşaraq işləməkdən qorxmayın, çörək qazanmaq ayıb deyil.

23.Kasıb olmağınızdan utanmayın, varlı olmağınızla öyünməyin.

24.Pozitiv olun, ağlayanlardan, narazılardan, nankorlardan, bütün günü deyinənlərdən, mız-mızlardan olmayın.

25.İlahi ədalətin olduğuna inanın.

26.Heç kəsə pislik və paxıllıq etməyin.

27.Çayxanalara gedirsinizə, hər dəfə bunu səmərli bir müzakirə predmetinə çevirin. Məsələn, bir dəfə xaricdə pulsuz təhsil,növbəti dəfə yapon dilini necə pulsuz öyrənək mövzusunu müzakirə edin.Qeybət yox, müzakirə üçün mövzularınız olsun.

28.İntiriqant şəxslərlə dost olmayın, o dostlar bir gün səni öz intiriqasının qurbanına çevirə bilər və bu sənin üçün ömürlük mənəvi zədə olar.

29.Qeybət edənlərdən yox, qiymət verənlərdən olun.

30.Dostlarınızı seçməyin, çünki həyat özü onları sizin üçün seçəcək.

31.Özünüzdən böyük, ağıllı, təcrübəli admalarla dostluq edin.

32.Məqalələr yazın, peşəkar jurnalistlər və media orqanları ilə dost olun, onlardan öyrənin.

33.Keçmişdə qalmayın, köhnə inciklikləri undun. İrəli baxın, Köhnə incikliklər yaddaşı dolmuş telefona bənzəyir. update ola bilmir, yükdən çökür.

34.Mübahisə etməyin.

35.Ödəmə terminallarda xeyriyyə bölməsi var, məbləğ önəmli deyil, əsas odur kiçik də olsa xeyirxahlıq edin, xeyriyyəçi olun.

36.Müasir İKT biliklərinizi tətbiq edəcəyiniz qədər artırın. Davamlı öyrənin və bu bilikləri şəxsi inkişafınızayönəldin.

37.Fiziki əngəlli şəxslərə nəzakətli və dost kimi davranın, onların özünü ifadə etmələri üçün imkanlarınız daxilində şərait yaradın.

38.Romantik olmayın, romantik xəyallarla yaşamayın.

39.Teatra gedin teatra pul xərcələməkdən çəkinməyin. Dostlarınızı teatra dəvət edin.

40.Təlim maşınları vasitəsi ilə avtomobil sürməyi öyrənin. Sürücülük vəsiqəsinə sahiblənin, fərqi yoxdur, qızsınız və ya oğlan.

41.Əlinizdəki mobil telefonun bütün funksiyalarınə işlədin. Gözəl telefonun olsun, whatssap, sosal şəbəkələr və zənglərə cavab verməklə kifayətlənməyin. Görüşlər, planalaşdırma və sair üçün çoxlu imkanların var, bu funksiyaları da işlədin, işgüzar mühitə adaptasiya olun.

42.Sosial şəbəkələrdə keçmişinizdən, keçmiş uğurlarınızdan bəhs edən yazılar, şəkillər paylaşmayın. Bu gün etdiyiniz və sabah edəcəyininiz işin şəkilini ağlınızda canalandırın.

43.Banklarla və bank sistmləri ilə işləməyi öyrənin, ən azı bir bank kartınız olsun. Ödənişlər etmək, ödənişlər qəbul etmək və sair.Təsəvvürlərinizin ilk elemetləri olacaq.

44.Ekspertlərə yalnız qərarlarınızı müqayisələndirmək üçün qulaq asın, amma nəticəyə özünüz gəlin.

45.Korporativ geyim stili tələb edilmirsə, kostyum, qalstukla yatıb-durmayın. Gənc kimi geyinin, azad geyinin. Yalnız ağ-qara geyinməyin.

46.Azərbaycanın bütün yerlərini gəzin, bütün bölgələrdə olun, əgər bir qrupda 20 rayondan tələbə yoldaşınız varsa, demək ki, başınızın üstündə 20 damınız var. Həmin dostlarınızın rayonlardakı evlərinə gedin, bölgələri daha yaxşı tanıyın. Qaynayın, qarışın.

47.Doğma yerləri sevin, amma regionçu olmayın, regionçu və yerlibaz olanlardan da uzaq olun, onları öz dar düşüncələri ilə baş-başa və rahat buraxın.

48.Dövlətə, dövlətçiliyə fayda verəcək bütün işlərdə könüllü olun. Bu sahədə bütün könülllülük çağırışlarına cavab verin.

49.Qohum nigahlarından qaçın, belə nigahlardan uzaq olun.

50.Qənaətcil olun, hər gün 10 qəpik də olsa qənaət edin, bədxərc olmayın. Ata-ana pulunu dağıdanlardan heç olmayın.

51.Sözünüzə bütöv olun, sözlərinizi, vədlərinizi kaprizlərinizə və bəhanələrinizə qurban verməyin.

52.Özünüzü yüksəltmək üçün dostlarınızı alçaltmayın.

53.Ciddi, ad-soyadınızı dəqiq ifadə edən e-maillər, sosial şəbəkə hesabları açın, “bomba oğlan”, “qəşəng qız”, “fidaşka-milaşka”, “mavi gözlu”, “sözün deyən oğlan” və sair bu tipli yüzlərlə vulqar özünü ifadələrdən qaçın.

54.Özünüz olun, özünüz kimi olun, unutmayın sizdən bir dənədir, xarakterinizi özünüzə uyğun məcrada formalaşdırın.

55.Qadın və qızlara qarşı əsl qafqazlı kişisi kimi davranın, cəsarətli olun, qadına qarşı şiddəti qınayın, qadına qarşı zorkılığa yox deyin.

56.Uşaqlara qayğı göstərin, onlar bunu sizin  yaşınıza çatana dək heç zaman unutmayacaq.

57.Heç kəslə konfliktə getməyin, küsülü qalmayın, kin saxlamayın.

58.Sizə lazım olacaq dərsləri və xüsusən də ixtiasasınızı yaxşı öyrənin.

59.Gələcəkdə qurmaq isətdiyiniz karyeradan aslı olmadan kouçinqlərdə və şəxsi inkişaf kurslarında dinləyici olun, buna pul xərcləməkdə xəsislik etməyin.

60.CV-nizi 4-cü kursa dək parlaq qurun. 4-cü kursda ciddi nəticələrə nail olmuş bir məzun kimi nəticələriniz olsun.

61.Heç kəsdən heç nə ummayın. Heç kəsin sizə borcu yoxdur.

62.Çox yeməyin, gündə 3 dəfə yeməsəz, dünya dağılmaz.

63.Unutmayın heç kəsin sizə yaxşılıq və dəstək vermək kimi bir borcu yoxdur. Məhz buna görə də heç kəsi qınamayın. Heç kəsin sizə borcu yoxdur.

64.Davranışlarınızda nəcib olun, alicənablıq edin.

65.Xarici ölkələrdə keçirilən kurslar və ixtisas kurslarında qənaət etdiyiniz vəsaitlə iştirak edin. Bacarsanız sponsor cəlb edin.

66.Karyerist olmayın, karyerist olmaq sizi simasız edəcək, gözəl karyeranız ola bilər, amma bu karyeranı sima əhatə etmirsə bunun heç bir önəmi olmayacaq.

67.Çörəyini,  son tikəni bölüşməkdən çəkinmə.

68.Təcrübəni özündən gənc və təcrübəsiz gənclər ötür, dəstək ol, bölüş.

69.Heç zaman heç kəsə etdiyin yaxşılıq üçün minnət qoyma.

70.Populizmdən uzaq olun, populist olmayın.

71.Buxara, milli papağınız olsun.

72.Üzr istəməyi bacarın, səhv etmisinizsə üzr istəyin.

73.Valideynlərinə heç vaxt laqeyid qalma, ata və ananla fəxr et,onlara dəstək ol.

74.Xeyir işlərə və hüzünlü günlərə yarıyanlardan ol.

75.Xoşbəxt görsənirsənmiş kimi şəkillər paylaşma, xoşbəxtliyin şəkili olmur. Xoşbəxt ol.

76.Muzeylərə gedin, selfilərinizi muzeylərdən edin.

77.Şəhidlər xiyabanını və fəxri xiyabanı tez-tez ziyarət edin, ehtiramınızı göstərin. Bu xiyabanlar xalqımızın yaddaş muzeyləridir.

78.Naxçıvan Muxtar Respublikasını mütləq ziyarət edin, dünyaca məşhur məkanlarını gəzin, görməli yerləri görün, ölkəmizin bir parçası olun.

79.İdeyalarınızı yazın, onları reallaşdırılmasına kömək edə biləcək insanlardan kömək istəməkdən utanmayın.

80.Cəsartəli olun, iştirakınız tələb olunan işlərdə nənə, babam öldü deyib aradan çıxmayın, bəhanə gətirənlərdən olmayın.

81.Qohumlar, valideynlər, dostların bacarığı ilə öyünməyin. Bacarığınıza öz imzanızı, öz adınızı yazın.

82.Nə isə bacarmadığınızdan utanmayın, bu bacarığınızı inkişaf etdirmək niyyətinin olmamasından utanın.

83.Yeyib – içən oğlanlardan olmayın, deyib edən oğlanlardan olun.

84.Rəssamların sərgilərinə gedin, görüşün, tanış olun, rəssam dostunuz olsun.

85.Milli rəqsləri öyrənin, kurslara gedin.

86.İT (informasiya texnologiyaları) mütəxəssisləri ilə dostuluq, yoldaşlıq edin, onlardan çox şey öyrənəcəksiz.

87.Heç kəsi qınaq obyekti etməyin.

88.Əgər ümumi komanda işlərindən kənarlaşdırılıb və yaxud da kənarda qalmısınızsa, bunu dərd etməyin, bu proses sizin İQ-nüzün göstəricisi hesab edilə bilməz, davam edin, bacarıqlarınızı məhdudlaşdırmayın.

89.Bacarıqlar idman hərəkətləri kimidir, daima gərək onu formada saxlayasan, məhz buna görə də hərəkətsiz olduğun dövrlərdə belə bacarıqlarını inkişaf etdir, master klaslar, layihələr edin,bir idmançının qala biləcəyi qıvraq bir formada qalın.

90.Təşəbbüslər etməkdən qorxmayın, təşəbbüslər cəzalandırılır misalına inanmayın, bu misal keçmişə və despotik cəmiyyətlərə xasdır, biz isə demokratik, gözəl və azad dövlətdə yaşayırıq.Təşəbbüskar olun.

91.Özünüzdən təcrübəli dostlarınızı çaya və ya yeməyə dəvət edin, onlarla təşəbbüslərinizi və ideyalarınızı bölüşün, dəstək istəyin.

92.Özünüzü ağıllı hesab etməyin, ağıllı olun.

93.Dövlət və dövlətçilik əleyhinə heç bir səhvə yol verməyin.

94.Təhlükəsizlik qaydalarına əməl etmək və müvafiq orqanla razılaşdırlmaqla dağları gəzin.

95.Üzməyi öyrənin.

96.Paraşütdən tullanın.

97.Hər gün ən azı 15 km piyada gəzin.

98.Haştağlardan öz dogma ana dilimizdə istifadə edin, ə,ö,ü, hərfləri klavyaturada olmayan qədim dövrlərdə haştağlar ana dilimizdə yazılmırdı. Indi bütün telefon, kompüter və planşetlərdə ana dilimizin bütün hərfləri var. Təbii xarci dillərdə həmin dillərin haştağlarından istifadə edin.

99.Daha fərqli və daha zəki olmağa çalışın, amma əməllərdə.

100.Əcnəbi dostlarınıza, onların anladığı dillərdə ədiblərimizin kitablarını hədiyyə edin, poçtla göndərin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>