A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
geray-geraybeyli

Təhsil Nazirliyi Azərbaycan Tibb Universitetini 5 illik müddətə akkreditasiyadan keçirib

Bu yaxınlarda Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən Azərbaycan Tibb Universiteti (ATU) yeni 5-illik müddətə akkreditasiyası keçirilib.

 

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyin geniş tərkibli kollegiya iclasında ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.

 

O bildirib ki, ATU-da tətbiq edilən yeniliklərdən biri – tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi – açıq sualların tətbiqi ilə bağlı olub: “Üzümüzə gələn sessiyadan digər imtahan qiymətləndirmə formalarının da tətbiqi nəzərdə tutulur”.

 

Rektorun sözlərinə görə, universitetin və fakültələrin Elmi Şuralarının yeni tərkibləri seçilib və təsdiq edilib.

 

G. Gəraybəyli qeyd edib ki, 2017-ci ildə ATU-nun elmi fəaliyyət yönündə də kifayət qədər nailiyyətləri olub. Belə ki, ATU-nun nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 Dissertasiya Şurası, 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şuraları təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>