A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
26169234_1878022202239092_594683797841875165_n - Copy

ADMİU tələbələrinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  və Yeni il bayramına həsr olunmuş konserti

Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  və Yeni il bayramına həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti keçirilib.

Konsertdə Musiqi sənəti fakültəsinin tələbələri Nəzakət Veysəlova R.Səfərlinin “Yeni il”, Həmid Həmzəyev “Por una Cabeza”, Kamil Qədimzadə F.Əmirovun “Reyhan”, Məlik Məmmədov “You are so beautiful”, “Let it snow”, Aytac Fərəcova “The shadow of your smile”, Cəlal Məlikli A.Məlikovun “Yeni il”, Əli Bayramov, Bahadur Həsənov, İlyas Murad “Bamboleo”, Aytac Şahmar qızı  “Cheek to cheek”, Xasay Şıxıyev T.Quliyevin “Yeni il”, Xanım Əliyeva, Yekaterina İsayeva, Aytac Fərəcova, Məlik Məmmədov və Həmid Həmzəyev isə  M.Maqomayevin  “Odlar yurdu” və digər əsərləri səsləndiriblər.

Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə keçirilən konsertdə Universitetin tələbələrində ibarət Estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Allahyar Vəzirovun müşayiəti ilə Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, T.Quliyevin “Bəxtiyar” k/f-dən “Uvertüra”, Xor kollektivinin rəhbəri Təranə Yusifovanın müşayiəti ilə isə tələbələrin ifasında “ABBA” qrupuna məxsus olan “Happy new year” mahnısı ifa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>