A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
06-24_07_17-12(1)

Bakı Ali Neft Məktəbinin gənc mühəndisi maraqlı layihə təqdim edib

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan III kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki çox maraqlı ideya üzərində çalışır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək, hərbi təyinatlı robot hörümçək hazırlayıb. Belə ki, həmin hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda yardımçı olacaq. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.

 

Cahandar sabiq təhsil naziri, indiki vergilər naziri  Mikayıl Cabbarov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin YTP-a səfəri zamanı hazırladığı elektron cihazı onlara təqdim edib. Tələbə cihazın işləmə prinsipləriylə bağlı cənab nazirin suallarını cavablandırıb.

 

Hal-hazırda hörümçək robotun III prototipi üzərində çalışan Cahandar, bundan başqa öz komandası ilə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. İrəlidə gənc mühəndisin təhlükəsizlik məqsədilə istifadə oluna biləcək cihazın – “elektroşoker” cihazının işləmlərinə başlamaq fikri var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>