A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
25498332_1325281197577791_8032111064638395454_n

BMU-da “III Qış Elm Festivalı” keçirilib

Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “III Qış Elm Festivalı” keçirilib. Festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirilib. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyalarında təqdim olunmuşdur.
Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov festivalda iştirak edib, layihələrlə tanış olub və iştirakçılara uğurlar arzulayıb. Rektor qeyd edib ki, festival tələbələrin elmə olan marağının artırılmasında, həm də tələbələrdən motivasiyasının yüksəlməsində mühüm rol oynayır. Bakı Mühəndislik Universiteti hər zaman tələbələrin elmi yeniliklərini dəstəkləyir. BEUTexnoparkda Startapların həyata keçirilməsi üçün də şərait yaradılıb.

Sərgidən sonra, müsabiqənin mükafatlandırma hissəsi baş tutub. Sonda qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində BMU-nun prorektoru professor Həmzağa Orucov çıxış edərək qalibləri təbrik edib. O, qeyd edib ki, festivalı universitetin tələbələrinin təşkil etməsi müsbət haldır.
Sonda iştirakçılar birgə xatirə şəkili şəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>