A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
25348642_1614332871992995_3975022067198040709_n

Aqrar Universitetinin tələbələri Mühasibatlıq üzrə I Olimpiadanın qalibi olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Azərbaycan Texnologiya Universitetində təşkil olunan müsabiqədə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri fəal iştirak edərək ilk yerləri tutublar.
Olimpiada iştirakçıları Gəncədə yerləşən ali təhsil müəssisələrində mühasibat uçotu ixtisaslarında təhsil alan tələbələr arasından 11-13 dekabr tarixlərində keçirilən görüşlər əsasında seçilib. Olimpiadada tələbələr 2 saat ərzində Maliyyə Nazirliyinin Elm-tədris mərkəzi tərəfindən hazırlanan 50 suala cavab verməyə çalışıblar. Cavablar dərhal ekspert qrupu tərəfindən yoxlanılaraq qaliblər müəyyən edilib. Nəticələrə əsasən ADAU-nun tələbəsi Nemət Zülfüqarl 92 bal toplayaraq olimpiadanın qalibi olub. ADAU-nun təhsil ocağının tələbələri Vahid Göyüşov 2-ci yerə, Sərxan Əsgərov və Sabir Mehdiyev 3-cü yerə layiq görülüblər. Sonrakı 7 yerdən 5-i də ADAU tələbələrinin payına düşüb.
Mükafatlandırma mərasimində qaliblərə diplom və qiymətli hədiyyələr, digər bütün iştirakçılara isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>