A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
25348558_911718015659720_3526680881112117283_n

BMU–da “Azercell”-in prezidenti tələbələrlə görüşdü

Bu gün “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin qonağı olub. Universitetin rektoru, professor Havar Məmmədov qonağı qəbul edib və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Sonra tələbələrlə görüşən Vahid Mürsəliyev qeyd edib ki, “ tələbələrlə, gənclərlə görüşə tez-tez gedirəm. Məqsədim gənclərdə uğura doğru stimul yaratmaqdır. Bura gələndə bilirdim ki, ən savadlı tələbələrin qarşısında çıxış edəcəm.”
Həyat və əmək fəaliyyətini əks etdirən “ Uğur hekayəsi” ni danışan natiq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev “Azercell”in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>