A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
5a33ec70df242

Poltava Milli Texniki Universitetinin tələbələri ADNSU-da təcrübə keçiblər

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin tələbələri ilə görüşüb. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və Əcnəbi tələbələrlə iş üzrə dekan, t.e.n. Yaşar Həsənov iştirak edib.

Poltava Milli Texniki Universitetinin tələbələrini ADNSU-da görməkdən məmnun olduğunu bildirən rektor, prof. M.Babanlı universitetdəki tədris prosesi, imtahanların keçirilmə qaydası, xarici universitetlərlə əlaqələr, əcnəbi tələbələr, Azərbaycan-Fransız Universiteti (UFAZ), universitetdə ingilis dilində tədris olunan ixtisaslar, magistratura və doktorantua pillərinə qəbul, “eazi START” Startap və İnnovasiya Mərkəzi haqqında tələbələrə məlumat verib. Rektor Mustafa Babanlı Poltava Milli Texniki Universiteti ilə əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün  əlindən gələni edəcəyini bildirib.

Sonra rektor, professor M.Babanlı tələbələrin suallarını cavablandırıb.

Sonda Poltava Milli Texniki Universitetinin 5 nəfər tələbəsi ADNSU-da təcrübə keçdikləri üçün sertifikatla təltif olunublar.

Qeyd edək ki, iki ali məktəb arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ADNSU-da təcrübə keçən tələbələr bir həftə müddətində universitetin müxtəlif şöbə, kafedra, laboratoriyalarında olub, tədris prosesini yaxından izləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>