A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
unec (1)

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Nizami rayonu 229 saylı məktəbin şagirdlər UNEC-in bir günlük tələbələri olub.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara ixtisaslar, təqaüd və mübadilə proqramları, beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr bank proqramları və elektron resurslarla təchiz edilən “İnnovativ bankçılıq” laboratoriyasında olublar. Onlara bildirilib ki, laboratoriyada bank əməliyyat proqramının demo versiyası üzərindən bank əməliyyatları həyata keçirilir.

Bir günlük tələbələr Radio UNEC-lə də tanış olublar. “Tələbələrə” Yaradıcılıq Mərkəzi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr Maliyyə və mühasibat fakültəsinin qonağı olublar. Dekan müavini onların fakültə ilə bağlı suallarını cavablandırıb.

UNEC-lə tanışlıqdan sonra bir günlük tələbələr Maliyyə təhlili fənnini dinləyiblər. UNEC-dən müsbət təəssüratlarla ayrılan məktəblilər “UNEC-də bir gün” layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər: “2-ci ixtisas qrupu üzrə hazırlaşır, gələcəkdə özümüzü UNEC tələbəsi kimi görmək istəyirik. UNEC-də bir günlük tələbəlik seçimimizdən bir daha əmin olmağımıza kömək etdi!”

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>