A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
25353887_808731672631783_8162405265072961993_n

ATU kafedralarına yeni müdirlər seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) 5 kafedrasında müdir vəzifəsinə seçkilər keçirilib. Professor Vəfa Pənahian qulaq, burun və boğaz xəstəlikləri, dosent Ramiz Poluxov uşaq cərrahlığı, dosent Məlahət Sultanova şüa diaqnostikası və terapiyası, professor Səfixan Həsənov I uşaq xəstəlikləri, professor Fərid Mahmudov isə dermotevenorologiya kafedrasının müdiri seçiliblər.

Yeni seçilən kafedra müdirlərini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəli onlara mövcud problemləri həll etmək üçün tövsiyələrini verib və gələcək işlərində uğurlar diləyib.

Yeni kafedra müdirləri üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirərək onlara göstərilən etimadı doğruldacaqlarını, müasir tələblərə cavab verən gənc mütəxəssislərin hazırlanması üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>