A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
01-01.08.17-3-800x445

Özəl və bələdiyyə peşə məktəbləri yaradılacaq

Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisəsi fəaliyyət göstərə biləcək. Bu o deməkdir ki, peşə təhsil müəssisələri ancaq dövlət peşə məktəblərindən ibarət olmayacaq.

Bu yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb. Məqsəd mülkiyyət formasına görə peşə təhsili müəssisələrinin fəaliyyət sferasını genişləndirməkdir.

Bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək. Mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq.

Yeni qanun layihəsi peşə təhsili sahəsində qabaqcıl təcrübəsi olan ölkələr nümunə alınaraq hazırlanıb. Məhz yeni metod və idarəçilik formaları nəticəsində peşə məktəblərinin fəaliyyətinin güclənəcəyi və cəmiyyətin bu sahəyə olan ehtiyaclarını təmin etməsi nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və payız sessiyasının son iclaslarında qəbul olunması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>