A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
IMG_1886-822x512

Dəniz Akademiyasının tələbələri gəmidə təlim keçiblər

ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi, ”Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi“ ixtisaslarında təhsil alan I kurs tələbələri üçün  “Sabit Orucov” tədris gəmisində təlim keçirilib.

Təlimdə “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq” fənninin proqramına uyğun olaraq fərdi və kollektiv şəkildə gəmidə yanğın zamanı zəruri fəaliyyət, daimi sayıqlıq, yanğın və tüstünün aşkarlanması, yanğına qarşı avadanlıqlar və onların gəmidə yerləşdirilməsi, qəza evakuasiya yollarından istifadə tələbələrə əyani nümayiş etdirilib.

İkigünlük təlim Akademiyanın “Dəniz  naviqasiyası“ kafedrasının baş müəllimi İsmayıl  Dünyamalıyevin rəhbərliyi altında baş tutub.

Məşq prosesində “Sabit Orucov” gəmisinin heyəti də iştirak edib. Belə ki, yanğın əleyhinə profilaktika qrupunun nümayəndəsi Z. Əliyev, kapitanın böyük köməkçisi R.Şəfiyev, bosman R.Rzayev və kapitanın yanğın üzrə köməkçisi N.Agayev tələbələrə köməklik göstəriblər.

Növbəti həftələrdə “Sabit Orucov” gəmisində “Xilasedici vasitələr, yanğınla mübarizə və gəminin yaşaması üzrə hazırlıq“ fənninin proqramına uyğun ilk tibbi yardım üsullarına dair I kurs tələbələri üçün təlimlər keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>