A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
24067801_1596148973811385_4809989354982561225_n

Aqrar Universitetinin eksperimental tədris qrupu Goranda pambıq sahələrində

ADAU-nun aqronomluq fakültəsinin nəzdində “Gilan Holding”-in dəstəyi ilə yaradılan eksperimental tədris qrupunun üzvləri Goranboy rayonunun Goran qəsəbəsindəki “Gilan Holding” şirkətinə məxsus MKT–nın pambıq sahəsində təcrübədə iştirak ediblər.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə şirkətin kənd təsərrufatı üzrə təlim və inkişaf mərkəzinin nümayəndəsi Teymur Tağıyev və Fəqan Ağayevin iştirakı ilə keçirilən təcrübədə ADAU-nun dosenti Xalıq Xəlilov tələbələrə pambıq haqqında geniş məlumat verib, onun becerilmə texnologiyasından və xarici mühit amillərinin bu bitkiyə təsirindən danışıb, iştirkaçıların suallarını cavablandırıb.
Qrupun üzvləri pambıqçılıq sistemində tətbiq olunan mütərəqqi texnologiya ilə yaxından taniş olaraq maşınla (John Deere) yığım prossesini müşahidə ediblər. Bunlarla yanaşı qrup üzvləri İnnovasiya mərkəzində olan yeniliklər haqqında məlumatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>