A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
kjn

Malayziyanın Perlis vilayətinin şahzadəsi Bakı Ali Neft Məktəbində

Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və seçilmiş tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları BANM-in yeni kampusunda qarşılayaraq salamlayıb, daha sonra tərəflər arasında rəsmi görüş keçirilib. Görüş zamanı cənab Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın  34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında  görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

Rektor Elmar Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə cənab Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>