A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
24131171_1993080950959545_7989406421751169019_n

SDU-nun əməkdaşları və tələbələr 55 illik yubileyi münasibəti ilə mükafatlandırıldılar

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibəti ilə keçirilmiş fakültələrarası idman spartakiadası, “Mənim doğma universitetim” mövzusunda esse- yazı müsabiqəsi, İnformasya Texnologiyaları olimpiadası və fakültələrarası bədii yaradıcılıq müsabiqəsinin qalibləri noyabrın 28-də universitetin rektoru professor Elxan Hüseynov tərəfindən mükafatlandırıldılar.
Tədbirdə universitetin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən professor- müəllim heyətinin bir qrupu səmərəli elmi pedaqoji fəaliyyətinə görə Fəxri Fərmana layiq görüldülər. Yubiley münasibətilə universitetin bütün əməkdaşlarına pul mükafatı verildi.
Tədbirdə rektor professor Elxan Hüseynov çıxış edərək bildirdi ki, hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bugünü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətlərini qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Fəaliyyət göstərdiyi dövrlər ərzində istər filial, istər institut və istərsə də universitet kimi bu elm və təhsil ocağı yalnız Azərbaycanda deyil, həm də keçmiş Sovetlər Birliyində, eləcə də bir sıra xarici ölkələrdə sənaye və tədris müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmiş, ölkəmizin intellektual potensialına dəyərli töhfələr vermişdir.
Əldə olunan nailiyyətləri yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev noyabrın 2-də imzaladığı Sərəncamla universitetin 14 əməkdaşını “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adına layiq gördü. Bu da kollektivimizə dövlət qayğısının bariz nümunəsidir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə müəllim, alim əməyinə, elmə, tədrisə, təhsilə münasibət dövlətin əsas prioritetlərindəndir. Bu 55 illik yubiley günlərində kiçik əməyimizi yüksək qiymətləndirən möhtərəm prezidentimiz cənab İlham Əliyevə bir daha professor-müəllim, tələbə heyəti adından dərin minnətdarlığını çatdıran rektor kollektivin hər bir üzvünü səmimi qəlbdən təbrik etdi.
Rektor onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti nüfuzlu elm və təhsil ocağı olmaqla bərabər, həm də güclü mədəniyyət mərkəzidir. İdman isə universitetin ictimai həyatında xüsusi yer tutur. Burada tələbələrdən ibarət rəqs qrupları, mahnı ansamblı, İdman klubunun nəzdində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Universitet təhsil sahəsində daim uğurlara imza atması ilə mədəni həyatında da yeniliklərə imza atmaqda davam edir. Elə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş fakültələrarası bədii yaradıcılıq müsabiqəsinin, informasiya texnologiyaları üzrə olimpiadanın, idman spartakiadasının, “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsinin keçirilməsinin də əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərmək, incəsənət və mədəniyyətimizin ayrı- ayrı sənət növləri üzrə istedadlı tələbə və əməkdaşları üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə və eyni zamanda tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək verməkdir.
Tədbirdə fakültələr arasında keçirilən “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsinin, bədii yaradıcılıq müsabiqəsinin, İnformasya Texnologiyaları olimpiadasının, idman spartakiadasının qalibləri Fəxri Fərman və pul mükafatı ilə təltif olundular.
Tədbir bədii hissə ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>