A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
23622456_1897080666998766_5769939385201608627_n

SABAH qrupları rəhbərinin universitetlərə səfəri: Bu gün AzTU-da

AzTU-nun SABAH qruplarında təşkil olunan tədris universitetin digər fakültələrini sağlam rəqabətə sövq edir

Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov bildirib ki, SABAH qruplarında həyata keçirilən innovativ layihələr, ümumilikdə bu qrupların təşkili özlüyündə ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb edir. Prorektor AzTU-nun SABAH qruplarında təşkil olunan tədrisin universitetin digər fakültələrini sağlam rəqabətə sövq etdiyini vurğulayıb.
Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə əvvəlcə SABAH-a yeni qoşulan tələbələri salamlıyıb və bu qrupların ilk məzunlarının uğurlarını qeyd edərək, layihənin əhəmiyyətindən danışıb.
Görüşdə layihənin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, SABAH qruplarında təhsil mühitinin yaxşılaşdırılması, dərs prosesinin xüsusi proqram əsasında təşkili, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir.
Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>