A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14884537584864719776_1000x6691500098798-800x445

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.
2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Və bu zaman 700 ballıq sistem saxlanılacaq.
Yeni model barədə ümumi məlumat verilsə də, bir çox məsələlər, o cümlədən, hər fənndən nisbi balın nə qədər olacağı açıqlanmayıb.
O zaman yeni modelin bütün detalları nə zaman açıqlanacaq?.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, hazırda yeni modelin üzərində iş gedir.
“Artıq yeni imtahan modelinin ilkin variantı ictimaiyyətə məlumdur. Hazırda həmin modelin üzərində araşdırma gedir. DİM-də fənn seminarları təşkil olunub. Həmin seminarlarda imtahanların məzmunu müzakirə olunur, təkliflər irəli sürülür. Bu işlərin hamısı yekunlaşandan sonra artıq konkret olaraq  qərar qəbul olunacaq. Hazırda ekspertlər öz təkliflərini verirlər. Ondan sonra isə yeni qəbul mexanizmi qanunvericilikdə təsdiq olunacaq”.
Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurrikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:
I qrup

 

II qrup III qrup IV qrup
Riyaziyyat  Riyaziyyat Azərbaycan dili (rus dili) Kimya
Fizika  Coğrafiya Tarix(Azərbaycan və Dünya tarixi) Biologiya
Kimya  Tarix (Azərbaycan və Dünya tarixi)   Ədəbiyyat Fizika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>