A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
_DSC1900-1-1

700 bal toplamış Vahab: “İlk gündən hiss etdim ki düzgün qərar vermişəm” – BANM-in Prezident Təqaüdçüsü

 1. Vahab çox uzatmadan, birbaşa sənə ünvanlayacağımız suallara keçmək istəyirik. İlk olaraq bilmək istərdik ki,  Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış   Vahab Cəbrayılov  kimdir?

Mən Vahab Cəbrayılov 17 fevral 2000-ci ildə İsmayıllıda anadan olmuşam. Orta təhsili İsmayıllının Lahıc qəsəbəsində almışam.  2015-ci il Respublika fənn olimpiadalarında

Riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən “Təhsildə nailiyyətlərə görə” qızıl medalına layiq görülmüşəm.

 

  1. Həyatda fəxr etdiyin ən böyük uğurun nədir?

Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.

 

  1. Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

Bakı Ali Neft Məktəbini sadəcə yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da Ali Məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm.  Elə dərslərin ilk günlərindən də hiss etdim ki seçimimdə düzgün qərar vermişəm.

 

  1. BANM-i  bitidikdən sonra özünüzü harada görürsüz və niyə  məhz həmin yerdə?

Bakı Ali Neft Məktəbini bitirdikdən sonra özümü ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi kimi görməyi arzu edirəm və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.

 

  1. Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>