A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
BANM_Logo

BANM-də regional sammit: tələbələr lider kimi inkişaf etməyin sirlərinə yiyələniblər

Bakı Ali Neft Məktəbində (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE – Society of Petroleum Engineers) Rusiya və Xəzər bölgəsi üzrə regional sammiti keçirilib. BANM-in təşkilati dəstəyi, SOCAR, “Statoyl” və “Exxon Mobile”ın sponsorluğu ilə həyata keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.

BANM-dən bildirilib ki, rektor Elmar Qasımov açılış nitqində SPE-nin proqramının neft-qaz mühəndisliyi üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün əvəzsiz rolundan danışıb, tələbələri bu istiqamətdə fəal olmağa çağırıb.

SPE-nin prezidenti Darsi Spedi göstərdikləri təşkilati dəstəyə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sammitin ilk iki günü ərzində tələbələr üçün təlim keçirilib, onların arasında təqdimat üzrə müsabiqə olub. BANM-in tələbələri Elmir Əbilov və Gülay İbrahimovanın komandaları müsabiqədə birinci və ikinci yeri tutublar. Tələbələr təlim zamanı lider kimi inkişaf etməyin sirlərinə yiyələniblər. Digər iki gündə isə tələbələr “Xəzər Texniki Konfransı”na qatılıb, “Yasamal” və “Kirmaki” dərələrinə geoloji səfər ediblər.

BANM-in SPE üzrə nümayəndəsi, neft-qaz mühəndisliyi üzrə təhsil alan 3-cü kurs tələbəsi Orxan Xankişiyev və digər tələbələr sammitin rəsmi hissəsindən sonra qonaqlara Azərbaycanın mədəni irsini tanıtmaq məqsədilə bələdçilik ediblər. Gənclər birgə səmərəli vaxt keçirərək münasibət qurublar.

Qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, konfranslar, forum, sammit və sərgilər keçirməklə onlara elmi işlərini, təcrübələrini paylaşmaq üçün şərait yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>