A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Webometrics: ”İqtisad Universiteti Azərbaycan Universitetlərinin lideridir”

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” son siyahısını açıqlayıb. Siyahıya görə UNEC 2015-ci ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə qalxaraq ölkə üzrə tutduğu liderlik mövqeyini möhkəmləndirib. Webometrics göstəricilərinə əsasən UNEC ən böyük çəki əmsalına malik olan Təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər Açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləmiş, Yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı , Avropa qitəsi üzrə 6055 universiret arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir. UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.

12651220_1147439481935473_5658617734224627461_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>