A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22853219_716253455248294_7529999339478983984_n

ADPU-nun tələbələri adlı təqaüdə layiq görülüblər

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə fəxri fərmanların və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb. Qeyd edək ki, ATİAHİRK-nin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd payız və yaz imtahan sessiyalarının nəticələrinə görə “əla” və “yaxşı” qiymətlərlə oxuyan və Həmkarlar İttifaqının fəal üzvü olan tələbələrə verilir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “əla” qiymətlərlə oxuyan və Həmkarlar İttifaqının fəal üzvü olan 5 tələbəsinə – “Coğrafiya müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Səbinə Rəhimliyə, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Səidə Abiyevaya (SABAH qrupları), “Sosial iş” ixtisasının III tədris ili tələbəsi Rəhilə Cəfərovaya, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Fidan Cəmilovaya və ADPU-nun Quba Fillialının “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Emin Tahayevə adlı təqaüd təqdim edilib.
Biz də bu münasibətlə tələbə-gənclərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>