A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22834603_1867972333242933_1583957580_n

AzTU-da maaşlar artırıldı

Azərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq. Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq. Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq. Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq. AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>