A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22426195_10207791419982874_6993000733790976875_o

Sosial şəbəkələrdə “Gəncsən? Başla!” kitabının pozitiv simalarından ibarət maraqlı aksiyası başlayıb

Dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” kitabı ilə bağlı müəllifin sosial şəbəkədəki dostlarına ünvanladığı “Dostum imzam sən ol, simam sən ol!”, “Gəlin gənclərə pozitiv örnəklər verək” müraciətinə maraqlı cavablar gəlib. Cavablar isə pozitiv vərdişləri gənclər üçün örnək olaraq ifadə edən dostların bacarıqlarından ibarət fotoşəkillərdir.

Müəllifin sosial şəbəkədəki dostları #GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqı ilə kitabın PR və Sosial Media Marketinqinə (SMM) dəstək olur. Bu aksiyada əsas məqsəd gənclər üçün faydalı və pozitiv məşğuliyyət aşılayan peşələrin təbliğinə təşviq etməkdir.

#GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqları ilə müəllifə sosial media hesablarında dəstək olan dostları eyni zamanda kitabın virtual siması olublar.

Kitabın satışından əldə ediləcək vəsait tələbələrin təhsil haqqı və təqaüdünə yönləndiriləcək. Həmin tələbələr isə müsabiqə yolu ilə seçiləcək. Yaxın günlərdə müsabiqənin şərtləri barədə elan ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, “Gəncsən? Başla!” kitabı Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>