A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
DSC_6219-430x320

Mərakeş Krallığının Azərbaycandakı səfiri UNEC-də

Azərbaycan Respublikası Prezidentinin ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və bu çərçivədə görülən işlərin tərkib hissəsi olaraq UNEC-də İslam ölkələri səfirləri ilə görüşlər davam edir.

UNEC-in budəfəki qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarx olub.

UNEC tələbələri ilə görüşdə Beynəlxalq əməkdaşlıq departamentininrəhbəri Anar Kazımov Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin digər ölkələr üçün də nümünə olduğunu qeyd edib. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını müsəlman aləmini bir araya gətirən böyük mədəni tədbir, ictimai hadisə kimi qiymətləndirib.

Səfir Mohamed Adil Embarx Azərbaycandakı tolerantlıq və stabilliyin digər ölkələrə nümünə ola biləcəyini qeyd edib. Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər olduğunu bildirən səfir ölkələrarası əməkdaşlığın perspektivlərindən danışıb. Mərakeşin coğrafiyası, zəngin tarixi və təbiəti, iqtisadiyyatı, təhsil imkanları haqqında söz açan diplomat eyni zamanda, təhsil imkanları haqqında da məlumat verib. Turizm baxımından yüksək göstəricilərə malik Mərakeşin zəngin ənənənələri və mətbəxi tələbələr tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat UNEC tələbələrinin Mərakeşin ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.

UNEC rektoru, professor Ədalət Muradovla görüşdə rektor İslam Həmrəyliyinin dünyada tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin dünyada təbliğində böyük töhfə olmasını və nümünəvi rol oynadığını bildirib.

Mohamed Adil Embarx UNEC-in zəngin infrastrukturunun olduğunu qeyd edib. Beynəlxalq arenada gündən-günə nüfuzu artan UNEC-in təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirən səfir onlarla tanışlıqdan məmnun olduğunu və Mərakeş ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında yardımçı olacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>