A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
VPK_6484-11491304690

“Bizim ali təhsil müəssisəsi ölkənin ən yaxşı tələbələrini bir araya gətirir” – ADNSU rektoru Mustafa Babanlı

Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

– Universitetimiz artıq üç ildir ki, “Təhsil” sərgisində iştirak edir. Biz burada müxtəlif tapşırıqları həll edirik və ilk növbədə, öz imkanlarımızı nümayiş etdirir və gələcək inkişaf perspektivlərini təhlil edirik.

Şübhəsiz ki, məqsədimiz daha perspektivli abituriyentləri cəlb etməkdir və biz bu məqsədə nail oluruq. Biz bu gün Azərbaycanda abituriyentlər arasında ən yüksək reytinqlərdən birinə sahibik, belə ki, bu il qəbul imtahanında 600-dən çox bal toplamış 292 abituriyent bizim universitetə daxil olub. Birinci kursda 500-dən çox bal toplamış təxminən 1000 tələbə təhsil alır və bu göstərici texniki təyinatlı universitet üçün böyük uğurdur.

Biz elmi fəaliyyəti də unutmuruq və bu sərgidə elm və texnologiya sahəsində əldə olunan ən son nailiyyətləri və onların istehsalatda tətbiqini nümayiş etdiririk. Ümidvarıq ki, bizim “start-up”lar gələn aylarda qazanc gətirəcək və təkcə özləri üçün deyil, həm də universitet, bütövlükdə isə ölkə üçün faydalı olacaqlar. Şadam ki, “start-up”lara olan maraq daim artmaqdadır. Bu, Azərbaycanın tədricən innovativ inkişaf yoluna qədəm qoyduğunu göstərir. Daha çox gənc dərk edir ki, diplom almaqla hər şey bitmir.

Biz bu ilin sonuna qədər “Made in Azerbaijan” brendi altında 4-5 məhsul istehsal etməyi planlaşdırırıq. Bunlar dünya bazarına çıxmasına ümid etdiyim innovativ məhsullardır. Bir faktı da qeyd edim ki, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu bizi yaxından dəstəkləyir və müsabiqələrdə qalib gələn layihələrimiz üçün qrant ayırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>