A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
_DSC9659

Yunanıstan səfiri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellos ilə görüşmüşdür. Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirmişdir.

Görüş zamanı səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğuladı. E.Qasımov qeyd etdi ki, cari ildə Erasmus + proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam edəcəklər. Bildirdi ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur.

Səfir Nicolaos Kanellos səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğuladı.

Görüşdə, gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>