A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
dim1500276247

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – DİM məlumat yaydı

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə növbəti sınaq imtahanları keçiriləcək.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilib.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. Növbəti sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11, 12 və 13 oktyabr tarixlərində keçiriləcək.

 

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

 

Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumat almaq üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom  keçidinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır.

 

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>