A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
22195230_1520720467982639_1795430157601486736_n_782 (1)

Bakı Ekspo Mərkəzində Təhsil sərgisinin açılış mərasimi olub – FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisinin açılış mərasimi olub.

AZEDUPRESS xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov çıxış edib.

Məlumat verilib ki, oktyabrın 8-ə kimi davam edəcək sərgi arzu edən hər kəs üçün istər ixtisas, istərsə də təhsil yeri üzrə geniş seçim imkanı yaradan unikal platformadır.

Bu sərgi ölkədə Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya Sinqapur, Slovakiya və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edilir. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Baki Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır.

İlk dəfə olaraq “Education 2017” sərgisində Qərb Universiteti iştirak edir. Yerli “CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış edəcək. Sərginin baş sponsoru qismində “Kapital Bank” çıxış edir.

Bu il “Təhsil” sərgisi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Bu gün həmçinin Təhsil sərgisi ilə paralel 11-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2017” sərgisi də start götürüb

Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq.

 

22196091_1520700341317985_7279050525105409949_n_753 22196292_1520700217984664_3259846490271825458_n 22196292_1520700274651325_2415813414292175540_n_126 22196322_1520700527984633_6577524926360319674_n_286 22196363_1520700451317974_5763531808963542743_n_86 22221650_1520700734651279_5258695596761294394_n_623 22228194_1520700614651291_3682877162213953579_n_689 22228201_1520700681317951_1608177451979589875_n_532 22281637_1520700574651295_662956298348395790_n_829 22308559_1520700347984651_5065933054740421671_n_592 22308872_1520700517984634_2676284959561044362_n_656

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>